Bizim media saytına istinadən ain.az xəbər verir.
Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar 07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin “Qanlı göl” ərazisində yerləşən qaz xəttində qaz təchizatı dayandırılacaq."Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.