EN

"Eyni ehtiras və məqsədlərlə davam edəcəyik" - Redorik Miller

"Turan Tovuz" Panama millisinin üzvü Roderik Millerlə müqavilə müddətini artırıb.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi futbolçusu ilə "1+1" illik müqavilə imzalayıb.

Panamalı bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, etimada görə kluba təşəkkür edib:
"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inammənim yolum üçün daha bir addımdı".

1Sources