ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın sabiq çempionu, Turin “Yuventus” klubunun keçmiş hücumçusu Eldjero Elia avtomobil qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Hadisə oktyabrın 4-də Niderlandda baş verib. Məlumata görə, Elia gecə saatlarında Lamborghini Urus markalı avtomobili ilə A4 magistralında hərəkətdə olarkən bir neçə avtomobillə toqquşub.
Qəza nəticəsində futbolçunun avtomobili ciddi zədələnib. Eldjero Elia xəsarət almayıb, lakin hadisə ilə bağlı o və digər sürücülər polis şöbəsinə aparılaraq ifadə veriblər.(Editor.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.