EN

Almaniyada şəhər meribıçaqlandı

Almaniyanın Herdeke şəhərinin meri İris Stalzer çox saylı bıçaq zərbələri almış halda tapılıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, merin həyati təhlükəsi var.

“Bild” qəzetinin məlumatına görə, bir həftə əvvəl vəzifəyə seçilən sosial-demokrat İris Stalzeri oğlu yaralı vəziyyətdə tapıb.

Mer küçədə bir neçə kişi tərəfindən bıçaqlanıb, buna baxmayaraq özünü mənzilə çatdıra bilib.

Hadisənin detalları araşdırılır.

Chosen
28
3
redaktor.az

2Sources