Rusiya və Azərbaycan prezidentləri arasında ikitərəfli görüş keçirilə bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, Putinin Tacikistana üç günlük səfəri zamanı MDB ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini və Azərbaycan prezidenti İlham Əliyevlə də görüşün istisna olmadığını söyləyib.