Türkiyənin Ermənistanla ticari-iqtisadi əlaqələri hansı halda bərpa edəcəyi açıqlanıb.
Türkiyənin ticarət naziri Ömer Bolat deyib ki, 1992-ci ildə Qarabağ işğal edildikdən sonra Türkiyə Azərbaycanın yanında olub, bütün gücü ilə dəstək verib.
Nazir qeyd edib ki, Türkiyə bu günə qədər Azərbaycanı narahat edəcək heç bir qərar verməyib: “Azərbaycanın bu məsələdə mövqeyi çox önəmlidir”.
Ömer Bolat bildirib ki, normallaşma həyata keçdiyi, sülh sazişi imzalandığı zaman bu məsələlər müzakirə mövzusu olacaq: “İki ölkə liderləri, xarici işlər nazirləri bu məsələləri onsuz da müzakirə edirlər. Bunu zaman göstərəcək”.
MənbəAPA