AZ

Türkiyənin Ermənistanla ticari iqtisadi əlaqələri hansı halda bərpa edəcəyi açıqlanıb

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Ermənistanla ticari-iqtisadi əlaqələri hansı halda bərpa edəcəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ömer Bolat Apa-ya açıqlamasında deyib ki, 1992-ci ildə Qarabağ işğal edildikdən sonra Türkiyə Azərbaycanın yanında olub, bütün gücü ilə dəstək verib.

Nazir qeyd edib ki, Türkiyə bu günə qədər Azərbaycanı narahat edəcək heç bir qərar verməyib: “Azərbaycanın bu məsələdə mövqeyi çox önəmlidir”.

Ömer Bolat bildirib ki, normallaşma həyata keçdiyi, sülh sazişi imzalandığı zaman bu məsələlər müzakirə mövzusu olacaq: “İki ölkə liderləri, xarici işlər nazirləri bu məsələləri onsuz da müzakirə edirlər. Bunu zaman göstərəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
7
bakivaxti.az

8Mənbələr