EN

“Ronaldo hətta içdiyi suyun tərkibini analiz edirdi”

“İnter”in rəhbəri Cüzeppe Marotta sabiq futbolçusu Kriştiano Ronaldo haqqında maraqlı açıqlama verib.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, o, portuqaliyalı ulduzun “Yuventus”dakı davranışları ilə bağlı diqqətçəkən bir detalı bölüşüb.

“Yuventus”da işlədiyim dövrdə Kriştiano ilə birgə çalışma şansım oldu. O, başqalarından fərqli idi – hətta su butulkalarını belə analiz edirdi. Butulkanı götürüb həkimə yaxınlaşar, onun tərkibi və xüsusiyyətləri barədə maraqlanardı. Ronaldo bu cür xırda, amma vacib detallara diqqət etdiyi üçün hələ də ən yüksək səviyyədə qalmağı bacarır.”

Qeyd edək ki, Avro-2020 zamanı Ronaldu mətbuat konfransında qarşısındakı “Coca-Cola” butulkalarını kənara çəkərək, insanlara qazsız su içməyi tövsiyə etməklə yadda qalmışdı.

Chosen
15
90deqiqe.az

1Sources