ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya potensial uzaqmənzilli “Tomaqavk” raket zərbələrinə cavab vermək üçün çox gözləməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
“Rusiyaya “Tomaqavk” buraxılan an ruslar raketin nüvə gücünə malik olduğunu düşünəcəklər. Bundan sonra onlar buna uyğun hərəkət etməli olacaqlar”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, Rusiya NATO-ya Ukrayna ərazisində uzaqmənzilli silahlar yerləşdirməyə icazə verə bilməz.
Xatırladaq ki, Vaşinqton Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarükü ilə bağlı faktiki qərar qəbul edib. “Mən əslində “Tomaqavk” raketləri və Ukrayna ilə bağlı qərar verdim. Amma bunun nə olduğunu izah etməyəcəyəm”, – ABŞ Prezidenti Donald Tramp deyib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.