AZ

ABŞ bu silahları Ukraynaya verərsə,…

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib ki, ölkəsinin hələ də Ukraynaya çatdırılmamış güclü silahları var.

Editor.az xəbər verir ki, bu barədə o, Riqada keçirilən təhlükəsizlik konfransında bildirib: “Bir sıra güclü vasitələr var ki, onları hələ Ukraynaya verməmişik, lakin lazım gələrsə, onlar ciddi ziyan vura bilər”, – Uitaker bildirib.

Xatırladaq ki, sentyabrın 28-də ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan edib ki, Vaşinqton NATO ölkələri vasitəsilə Ukraynaya “Tomaqavk” qanadlı raketləri tədarük etməyi düşünür.

Rusiya prezidenti Vladimir Putin mümkün tədarükləri Ukraynada münaqişənin eskalasiyasında yeni mərhələ adlandırıb. Oktyabrın 6-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, əvvəlcə Kiyevin raketlərdən necə istifadə etməyi planlaşdırdığını öyrənmək istəyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
17
editor.az

10Mənbələr