EN

ABŞ Azərbaycanda neft hasilatı üzrə 2026-cı il proqnozunu dəyişmə saxladı

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı 2026-cı il üçün proqnozunu sabit saxlayıb.

Bu barədə EIA-nın aylıq icmalında bildirilir.

EIA-nın proqnozuna əsasən, gələn il Azərbaycanda maye karbohidrogenlərin hasilatı gündəlik 540 min barel təşkil edəcək ki, bu da sentyabr proqnozuna uyğundur.

Bu zaman I rübdə gündəlik hasilat 550 min barel (iyul proqnozu - 550 min barel), II rübdə - 540 min barel (540 min barel), III və IV rüblərdə isə - hər biri 530 min barel (hər biri 530 min barel) təşkil edəcək.

Bildirilib ki, 2024-cü ildə ölkədə maye karbohidrogen hasilatı gündəlik 600 min barel təşkil edib. I rübdə bu göstərici gündəlik 600 min barel, II və III rüblərdə - hər biri üzrə gündəlik 590 min barel, IV rübdə isə gündəlik 600 min barel səviyyəsində olub.

Chosen
107
marja.az

1Sources