EN

ChatGPT smartfonları ƏVƏZ EDƏCƏKMİ? Bu yenilik HAMINI təəccübləndirdi

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"OpenAI" "ChatGPT"yə böyük yenilik gətirib. 

News24.az xəbər verir ki, artıq istifadəçilər tətbiqdən çıxmadan "Booking.com", "Canva", "Spotify", "Coursera", "Figma", "Expedia" və "Zillow" kimi platformaları birbaşa istifadə edə biləcəklər.

Yeni funksiya hələlik yalnız İngilis dilində və ABŞ, Kanada kimi ölkələrdə aktivdir. Avropa Birliyi və Türkiyədə isə istifadəyə verilməyib.

Şirkət eyni zamanda tərtibatçılar üçün SDK təqdim edib. Bu alətlə "ChatGPT"yə uyğun tətbiqlər yaratmaq mümkün olacaq. Gələcəkdə xüsusi tətbiqlər kataloqu da istifadəyə veriləcək.

Yenilik məxfilik qaydalarını da gücləndirir. Hər tətbiq məlumat istifadəsini açıq göstərəcək və istənilən vaxt icazələr ləğv oluna biləcək.

"OpenAI" həmçinin "ChatGPT" daxilində ödəniş sistemini – Agentic Commerce Protocolu hazırlayır. Bu sistemlə abunə və ödənişli xidmətlər birbaşa tətbiqdə istifadə ediləcək.

Bu dəyişiklik “ChatGPT”ni sadəcə söhbət aləti deyil, çoxfunksiyalı ağıllı platformaya çevirir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
news24.az

2Sources