EN

İran Rusiyanın iştirakı ilə səkkiz atom elektrik stansiyası tikəcək

BAKI, 10 sentyabr. TELEQRAF

İran Rusiyanın dəstəyi ilə ümumilikdə səkkiz atom elektrik stansiyası inşa etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığı nəzərdə tutan protokol mövcuddur:

"Hazırda Buşəhr atom elektrik stansiyası fəaliyyət göstərir, daha iki stansiyanın tikintisi davam edir. Beş yeni stansiyanın isə Hörmüzqan vilayətində tikilməsi planlaşdırılır. Onların ümumi gücü 5 min meqavat olacaq".

Chosen
110
2
teleqraf.com

10Sources