EN

Bir ailənin dörd üzvü QƏZAYA DÜŞDÜ

Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Hafta.az xəbər verir ki, Məlumata görə, "Mitsubishi Pajero" minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər - 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
45
8
hafta.az

9Sources