AZ

“Pajero" divara çırpıldı: bir ailənin 4 üzvü... - Foto

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.

"Mitsubişi Pajero" minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb.

Nəticədə bir ailənin 4 üzvü - 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar.

Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
8
axar.az

9Mənbələr