EN

Vətəndaşlar əmək müqavilələrini “mygov” platformasında imzalaya biləcəklər

“Əmək müqaviləsinin imzalanması” xidməti “mygov” platformasına inteqrasiya edilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilən əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

- Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur.

- İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur.

- Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur.

- “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.

Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.

Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.

Chosen
19
15
vergiler.az

10Sources