EN

“Jurnalistlərin Silahlı Münaqişələrdə Müdafiəsi” - Umud Mirzəyev Beynəlxalq Konfransda (FOTO)

Bakı.Trend:

Qətərin paytaxtı Doha şəhərində Qətər Dövlətinin Milli İnsanHüquqları Komitəsi (NHRC) Əl-Cəzirə Media Şəbəkəsinin tərkibindəfəaliyyət göstərən Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan HaqlarıMərkəzi ilə əməkdaşlıq çərçivəsində “Silahlı MünaqişələrdəJurnalistlərin Müdafiəsi” mövzusunda Beynəlxalq Konfrans təşkiledib.

Trend xəbərverir ki, 8-9 oktyabr tarixində keçirilən konfransda mətbuatazadlığının möhkəmləndirilməsi və jurnalistlərin müdafiəsisahəsində fəaliyyət göstərən beynəlxalq və regional müstəqiltəşkilatların rəhbərləri, müvafiq BMT mexanizmləri və regionalsistemlər üzrə ekspertlər, həmçinin jurnalistlərin təhlükəsizliyinidəstəkləyən ölkələri təmsil edən və Qətərdə akkreditə olunmuşdiplomatik korpus üzvləri iştirak edirlər.

Həmçinin, Beynəlxalq Konfransda ölkəmizdən Beynəlxalq AvrasiyaMətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edir.

Beynəlxalq Konfrans dünyanın müxtəlif münaqişə zonalarında peşəfəaliyyətini həyata keçirərkən həlak olan jurnalistlərin xatirəsini1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Konfransı giriş sözü ilə açıq elan edən Qətər Dövlətinin Milliİnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Al Attiyahvə Əl-Cəzirə Media Şəbəkəsinin Baş direktoru Şeyx Nasir bin Faysalbin Xəlifə Al Tani dünya miqyasında baş verən jurnalistölümlərindən dərin təəssüf hissi keçirdiklərini bildiriblər.

Məryəm bint Abdullah Al Attiyah vurğulayıb ki, münaqişəzonalarında jurnalistlərin qorunması mövzusunda keçirilən konfrans,dünyanın bir çox bölgələrində media işçilərinin məqsədli hədəfəalınmasına cavab olaraq təşkil olunur və dünyadakı insan hüquqlarıtəşkilatları jurnalistlərə qarşı belə məqsədli hücumlara qarşıçıxmalıdırlar. O əlavə edib ki, jurnalistlərin qətlə yetirilməsionların dünyaya çatdırdıqları həqiqətin məhv edilməsidir. Bu yalnızən əsas insan hüququ - həyat hüququnun pozulması deyil, həm dədigər insanların məlumat və həqiqətə çıxış hüquqlarınınpozulmasıdır.

Şeyx Nasir bin Faysal Al-Tani isə beynəlxalq jurnalist icmasınıvə insan hüquqları müdafiəçilərini ön cəbhədə olan jurnalistləriqorumaq üçün birləşməyə çağırıb. O qeyd edib ki, Əl-Cəzirəmünaqişələri işıqlandırarkən bir çox əməkdaşını itirib. O,beynəlxalq ictimaiyyəti bu sistemli cinayətlərə qarşı möhkəm mövqetutmağa və jurnalistləri qorumağa çağırıb ki, onlar hədəfəalınmaqdan və qorxudulmaqdan qorxmadan fəaliyyət göstərəbilsinlər.

Qeyd edək ki, iki gün davam edəcək Beynəlxalq Konfransda mətbuatazadlığı qurbanlarının insan və sosial aspektlərinə, habelə hədəfəalınma və hüquq pozuntularının onların ailələrinə, icmalarına,həmkarlarına və geniş jurnalist mühitinə təsirlərinə diqqətçəkiləcək.

Konfrans həmçinin silahlı münaqişələrdə jurnalistlərə qarşıpozuntuları araşdırmaq üçün beynəlxalq faktaraşdırıcı komitələrinyaradılmasını nəzərdə tutan təklifin qəbul olunması daxil olmaqla,beynəlxalq qorunma mexanizmlərinin gücləndirilməsi yollarınıaraşdıracaq.

Konfransda yeddi plenar sessiya keçiriləcək. Sessiyalar həmərəb, həm də ingilis dillərində aparılacaq və aşağıdakı məsələlərmüzakirə olunacaq:

- Jurnalistlər və media - Şahid və qurban

- Silahlı münaqişələr zamanı Jurnalistlərin və medianınmüdafiəsi üçün hüquqi kontekst

- Jurnalistlərin müdafiəsində beynəlxalq və milli mexanizmlərinrolu - Hüquq pozuntularının reallığı və müdafiə səyləri

- Dövlətlərin, təşkilatların və vətəndaş cəmiyyətinintəşəbbüsləri - Çağırışlar və imkanlar

- Hesabatlılıq, ədalət, qurbanlara təzminat və cəzasızlığınqarşısının qlınmasında çağırışlar - Real vəziyyət və arzular

- Media ilə beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq üçünəsaslar: Növbəti addımlar

- Bağlanış bəyanatı və konfrans tövsiyələri: “Üçüncü DohaBəyannaməsi: Silahlı Münaqişələrdə Jurnalistlərin Müdafiəsi”

Silahlı Münaqişələrdə Jurnalistlərin Müdafiəsinə dair BeynəlxalqKonfrans 2016-cı ilin mart ayında Dohada keçirilmiş BeynəlxalqMətbuat İnstitutunun (IPI) Dünya Konqresi çərçivəsində, Əl-CəzirəMedia Şəbəkəsinin ev sahibliyi ilə qəbul olunmuş JurnalistlərinMüdafiəsinə dair Ümumdünya Bəyannaməsi - Doha Bəyannaməsi əsasındatəşkil olunur. Bu Bəyannamə 2016, 2018, 2020 və 2022-ci illərdə BMTİnsan Hüquqları Şurasının jurnalistlərin təhlükəsizliyi ilə bağlıqəbul etdiyi qətnamələrdə rəsmən alqışlanıb. Doha Bəyannaməsihəmçinin, 2016-cı ilin may ayında UNESCO tərəfindən ÜmumdünyaMətbuat Azadlığı Gününə həsr olunmuş beynəlxalq konfransda qəbuledilən Finlandiya Bəyannaməsi ilə dəstəklənib. Doha Bəyannaməsitəkcə dünyanın 70-dən çox media qurumu və təşkilatı tərəfindəndəstəklənməmiş, həm də 1,500-dən çox jurnalist tərəfindənimzalanıb.

“Jurnalistlərin
“Jurnalistlərin
“Jurnalistlərin
“Jurnalistlərin
“Jurnalistlərin
“Jurnalistlərin
Chosen
24
az.trend.az

1Sources