EN

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri birgə bəyannamə imzalayacaqlar

Hurriyyet.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Ankarada birgə bəyannamə imzalayacaqlar.

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında məlumat verilib.

Açıqlamada deyilir: "Üç ölkənin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər. Gələn il müdafiə nazirlərinin görüşü Azərbaycanda keçiriləcək".

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin türkiyəli və azərbaycanlı həmkarları Yaşar Güler ​​və general-polkovnik Zakir Həsənovla da ikitərəfli görüşlər keçirəcəyi qeyd edilir. Üçtərəfli görüşün yekununda nazirlər birgə bəyannamə imzalayacaq və bəyanat verəcəklər.

Hürr Tərcüman

 

Chosen
10
hurriyyet.az

1Sources