EN

Dünyanın ən böyük dövlətlərindən birindən sülhə TÖHFƏ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampı “sülhün qurucusu” adlandırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, Mark Karni Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasında Trampın xidmətlərini qeyd edib. Ağ Evdə ikitərəfli danışıqlar zamanı Kanada lideri Trampın qlobal məsələlərə və iqtisadi sabitliyə təsirini qeyd edib. 

“Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı qəbul etdiniz və mən o zaman dedim ki, siz sülhqurucu Prezidentsiniz və Tramp başını tərpətdi. O vaxtdan bəri iqtisadi dəyişikliklər, xərcləri qorumaq üçün NATO tərəfdaşlarının görünməmiş öhdəlikləri, Hindistandan Pakistana, Azərbaycana, Ermənistana qədər sülh, terror gücü kimi İranın neytrallaşdırılması-bütün bunlar vacib idi”,-deyə Kanadanın Baş naziri bildirib. 

Mark Karninin açıqlaması avqustun 8-də Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına və kommunkasiyaların açılmasına dair razılaşmanın beynəlxalq dəstəyin artmasından xəbər verir. Dünyanın ən böyük dövlətlərindən biri olan Kanadanın sənədini alqışlaması yekun sülh müqaviləsinin imzalanması istiqamətində prosesə müsbət təsir göstərə bilər. 

Xatırladaq ki, sabiq baş nazir, qatı ermənipərəst mövqeyi ilə tanınan Castin Tryudonun hakimiyyəti dövründə Kanada Azərbaycanla Ermənistan arasında işğalçı tərəfin maraqlarından çıxış etməklə sülhə mane olub. Hətta 44 günlük müharibə zamanı da Kanada Azərbaycana pilotsuz uçuş aparatları satdığına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmişdi. 

Lakin Castin Tryudonun seçkilərdə məşğub olması erməni diasporunun Kanada hökumətinə təsir imkanlarını azaldıb. Bu baxımdan, Mark Karninin Vaşinqton sazişini alqışlamaı Kanada hökumətinin prosesə daha çox praqmatik yanaşması kimi izah edilə bilər. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
cebheinfo.az

2Sources