EN

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 2-ci oldu

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikinci olub.

Fanat.Az xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığma üzvləri daha 6 medal qazanıblar.

Azərbaycan yarışda ümumilikdə 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal əldə edib.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

Belarus isə 122 medalla 3-cü olub - 32 "qızıl", 38 "gümüş", 52 "bürünc".

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının medal sayına görə indiyə qədər keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisi olub. MDB Oyunları 2021-ci ildən keçirilir.

Chosen
8
13
fanat.az

10Sources