Bakı. Trend:
Bakıda keçirilən Halal Biznes Forumu çərçivəsində İslamƏməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kiçik və Orta BiznesŞəbəkəsinin təsis mərasimi və ilk iclası baş tutub.
Trend xəbərverir ki, tədbirdə İƏT-ə üzv dövlətlərin KOB-lara dəstək və xidmətgöstərən qurumlarının və təşkilatlarının nümayəndələri iştirakediblər.
Şəbəkənin yaradılmasının məqsədi – İƏT çərçivəsində KOB-larıdəstəkləyən strukturlar arasında əməkdaşlığıngücləndirilməsidir.
Forumun İƏT KOB Şəbəkəsinin yaradılmasına həsr olunmuş ilk panelsessiyasında üzv ölkələrin müvafiq qurumlarının nümayəndələriKOB-ların dəstəklənməsi və onlara xidmət sahəsindəki təcrübələrinibölüşüblər, həmçinin birgə fəaliyyət perspektivlərini müzakirəediblər.
İclasda Türkiyə (KOSGEB), Səudiyyə Ərəbistanı (MONSHAAT),Mərakeş (“Morocco PME”), eləcə də İordaniya, Pakistan, Qırğızıstan,Çad və Kot-d’İvuar nümayəndələri iştirak ediblər.
Panel zamanı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) nümayəndələri ölkədə KOB-lara göstərilən dəstəkvə xidmətlər, həmçinin milli kiçik və orta biznes ekosistemi barədəməlumat veriblər.
Çıxış edənlər vurğulayıblar ki, KOB-lar bütün dünyadaiqtisadiyyatın hərəkətverici qüvvəsidir və iqtisadiyyatın vəməşğulluğun əhəmiyyətli hissəsini təşkil edir. Qeyd olunub ki, İƏTölkələrində şirkətlərin 99,9 faizini KOB-lar təşkil edir, onlarınpayına isə məşğulluğun 93 faizdən çoxu və əlavə dəyərin təxminən 85faizi düşür.