EN

Akademik Əhliman Əmiraslanov: Mustafa Topçubaşovun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə töhfə verirlər

Bakı, 8 oktyabr, AZƏRTAC

Akademik Mustafa Topçubaşovun həyatına nəzər saldıqda “ilk olaraq”, “ilk dəfə” sözlərinin onunla xarakterizə edildiyinin şahidi oluruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib. O, qeyd edib ki, Mustafa Topçubaşov Kiyev Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı alim, ilk milli cərrah, BDU-nun Tibb fakültəsində cərrahiyyəni tədris edən və kafedra müdiri olan ilk azərbaycanlıdır: “Topçubaşov müharibə dövründə ilk dəfə ixtisaslı hospital təşkil etmiş, soydaşlarımızı xilas etmişdir”.

Akademik Əhliman Əmiraslanov vurğulayıb ki, Topçubaşov böyük elmi məktəb yaradıb və onun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə töhfə verirlər.

Chosen
2
1
azertag.az

2Sources