AZ

“Mustafa Topçubaşovun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə öz töhfələrini verirlər” Akademik Əhliman Əmiraslanov

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Akademik Mustafa Topçubaşovun həyatına nəzər saldıqda “ilk olaraq”, “ilk dəfə” sözlərinin onunla xarakterizə edildiyinin şahidi oluruq.

525.az xəbər verir ki, bu sözləri AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.

O qeyd edib ki, Azərbaycan xalqını dünyada tanıdan, şöhrət gətirən insanların yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib və bu ənənənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mustafa Topçubaşovun 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu deyən Əhliman Əmiraslanov bidirib ki, Topçubaşov Kiyev Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı alim, ilk milli azərbaycanlı cərrah, BDU-nun Tibb fakültəsində cərrahiyyəni tədris edən və kafedra müdiri olan ilk azərbaycanlı şəxsdir: “Topçubaşov müharibə dövründə ilk dəfə ixtisaslı hospital təşkil etmiş, soydaşlarımızı xilas etmişdir. Həmçinin İlk “Stalin” mükafatını alan ilk azərbaycanlı həkimdir”.

Onun geniş və çoxşaxəli fəaliyyətində İrəvan mühitinin böyük rolu olduğunu deyən Əhliman Əmiraslanov İrəvan Kişi Gimnazisyasının bir çox tanınmış xadimlərimizi - Əziz Əliyev, Heydər Hüseynov, Əhməd Rəcəbov, Səid Rüstəmov, Həsən Seyidov və başqalarını yetişdirdiyini bildirib.

Alimlə bağlı xatirələrini bölüşən akademik Əhliman Əmiraslanov bildirib ki, Topçubaşov böyük elmi məktəb yaradıb və onun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə öz töhfələrini verirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
525.az

2Mənbələr