Bakı.Trend:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimiqeydiyyata alınıb.
Trend xəbərverir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərinbirləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusundabeynəlxalq konfransda çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, onlardan 3 min 984 nəfəri XX əsrin 90-cıillərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildəbaş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər:
“3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülkişəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamışuşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır”.