Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.
Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
AMB rəsmisi əlavə edib ki, indiyə qədər 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"