EN

Keçmiş məcburi köçkün: Bu gün doğma torpaqlara qayıdışın sevincini yaşayırıq

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

"Biz bu gün doğma torpaqlara qayıdışın sevincini yaşayırıq. Doğulub boya-başa çatdığımız elimizə-obamıza qayıdırıq. Bu qayıdış üçün Prezidentimizə minnərdarıq. Canları, qanları bahasına bu sevinci bizə bəxş edən şəhidlərimizə, qazilərə borcluyuq".

APA xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Zəminə Baxşəliyeva deyib.

"1992-ci ildə kəndimizi tərk edib İmişli rayonunda məskunlaşdıq. Çətinliklərimiz çox oldu. Çadırlarda, qamışdan, çiy kərpicdən tikilmiş evlərdə yaşadıq. Artıq bütün çətinliklər geridə qalır. Bundan sonra doğma yurdumuzda bizi gözəl günlər gözləyir. Müəllimlik fəaliyyətimi də kəndimizdə, doğma elimizdə davam etdirəcəm", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
5
apa.az

6Sources