"Yuxuda danışmaq alzheimer xəstəliyinə işarə ola bilər".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə nevroloq, həkim Olqa Zinçeva danışıb.
Onun sözlərinə görə, əgər insan yuxuda tez-tez danışırsa, bu, bəzi xəstəliklərə işarə edə bilər:
"Bu simptom “somnilokviya” adlanır. Bu anlayış təkcə yuxuda danışmağı deyil, həm də ayrı-ayrı sözlərin, hecaların və ya səslərin tələffüzünü, mızıldanmanı və qeyri-ixtiyari hərəkətlərin edilməsini əhatə edir. Somnilokviya təxminən uşaqların 50 faizində, böyüklərin isə 5 faizində müşahidə olunur.
Bu simptom nadir hallarda özünü göstərirsə, adətən heç bir təhlükə daşımır. Lakin insan yuxuda mütəmadi olaraq danışırsa, bu, bəzi ciddi xəstəliklərin əlaməti ola bilər: obstruktiv yuxu apnoesi, psixi xəstəliklər, nevrozlar, depressiyalar, epilepsiya, alzheimer və ya parkinson xəstəliyi".
Həmidə İbrahimova