EN

Türkiyə israilli girovların axtarışı qrupuna qoşulacaq - KİV

Türkiyə Qəzza zolağında yerləri hələ müəyyən edilməyən ölən israilli girovların meyitlərinin axtarışı üçün xüsusi qrupun yaradılmasında iştirak etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu  barədə "Reuters" agentliyi məlumat yayıb.

Qrupda Türkiyə ilə yanaşı, ABŞ, İsrail, Misir və Qətər də yer alacaq.

Fələstinin radikal HƏMAS hərəkatı ölən girovlardan bəzilərinin meyitlərinin tapılmasının ən azı 10 gün çəkəcəyini təxmin edir. İsrail rəsmiləri isə hesab edirlər ki, bütün qalıqların tapılması daha da uzun çəkə bilər.

Gülayə Mecid 

Chosen
70
50
unikal.az

10Sources