EN

"Real"ın ulduzunun evində yanğın baş verib

“Real”ının və Braziliya millisinin futbolçusu Vinisius Juniorun Madriddəki evində yanğın baş verib.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki,  hadisə bu gün səhər saat 11 radələrində qeydə alınıb. Yanğın futbolçunun evinin zirzəmisində yerləşən saunada başlayıb və tamamilə yanaraq istifadə yararsız hala düşüb.

Hadisə zamanı Viniusius Junior evdə olmayıb – o, hazırda Braziliya millisinin düşərgəsindədir. Xoşbəxtlikdən, yanğın nəticəsində xəsarət alan olmayıb, baxmayaraq ki, tüstü binanın iki mərtəbəsini bürüyüb.

İlkin ehtimallara əsasən, yanğının səbəbi saunadakı elektrik naqillərindəki nasazlıq ola bilər.

Chosen
31
1
90deqiqe.az

9Sources