BAKI, 9 oktyabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun evində yanğın baş verib.
Teleqraf xəbər verir ki, elektrik nasazlığı səbəbindən evin zirzəmisində yerləşən sauna alışıb.
Braziliyalı hücumçu həmin vaxt evdə olmayıb. O, hazırda Cənubi Koreyanın paytaxtı Seulda milli komandanın toplanışındadır.
Yanğınsöndürənlər 1 saat ərzində bunun qarşısını alıb, nəticədə ciddi ziyan baş verməyib. Vinisius milli komanda fasiləsi bitənədək evinə qayıtmayacaq.
Qeyd edək ki, Braziliya millisi oktyabrln 10-da Cənubi Koreya, 14-də isə Yaponiya ilə yoldaşlıq görüşü keçirəcək. Bu oyunlar komandanın 2026-cı il Dünya Çempionatına hazırlıq prosesi məqsədi daşıyır, yığma turnirə vəsiqəni təmin edib.