EN

İran nümayəndələri ilə hərbi təhsilin inkişafı müzakirə olunub (FOTO/VİDEO)

Bakı. Trend:

İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin (MMU)nümayəndə heyəti ölkəmizə səfər edib.

Əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfərabidəsinin önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və güldəstələri qoyaraq Vətən uğrunda şəhid olanların xatirələrinə dərinehtiram nümayiş etdiriblər.

Azərbaycan MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran AliMMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəlikontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi,təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinqtəqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyatakeçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələrbarədə ətraflı məlumat verilib.

Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyətgöstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektorupolkovnik Elnur Ələsgərli təhsil ocağının fəaliyyəti barədə genişməlumat verib.
Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun CəmşidNaxçıvanski adına Hərbi Liseyində də olublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskininliseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndəheyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasifəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabınaürək sözlərini yazıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən MüharibəsiQəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemibarədə məlumat verib.

Keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığınperspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişafetdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dairfikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallarcavablandırılıb.

İran
İran
İran
İran
İran
İran
Chosen
17
15
az.trend.az

10Sources