EN

Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs öldü

Lənkəranda ötən gün qardaşlar arasında baş verən bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, 36 yaşlı Cəlal Abdullayev tərəfindən bıçaqlanan 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kəsici-deşici alətlə kiçik qardaşa xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyata alınıb.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlal Abdullayev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır. (Teleqra


Chosen
104
17
news24.az

10Sources