EN

Semenyo üçün Premyer Liqa savaşı

“Bornmut”un cinah hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki,  25 yaşlı futbolçunun xidmətində həm “Mançester Yunayted”, həm də “Tottenhem” klubları maraqlıdır. Sözügedən klublar qanalı futbolçunu 2026-cı il üçün prioritet transfer hədəfi kimi baxır və artıq futbolçunun agenti ilə əlaqə saxlayıblar.

Transfermarkt portalı Semenyonun bazar qiymətini 40 milyon avro qiymətləndirir, lakin “Bornmut”un bu transfer üçün təxminən 100 milyon avro tələb edəcəyi ehtimal olunur.

Cari mövsümdə Antuan Semenyo 7 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib, bu göstərici onu İngiltərə Premyer Liqasının ikinci bombardiri edir.

Chosen
16
90deqiqe.az

1Sources