EN

Belçikanın Baş nazirinə sui-qəsd hazırlayan terrorçular saxlanıldı

BAKI, 9 oktyabr. TELEQRAF

Belçika polisi Antverpendə Baş nazir Bart de Veverə və bir neçə digər siyasətçiyə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Şübhəlilərin partlayıcı qurğu ilə təchiz edilmiş PUA-dan istifadə etməklə terror aktı planlaşdırdığı iddia edilir. Üç şübhəli saxlanılıb, onlardan biri daha sonra sərbəst buraxılıb.

Üçüncü şəxs dəlillər kifayət etmədiyi üçün sərbəst buraxılıb.

Bart de Vever daha öncəAntverpen şəhərinin meri olarkən də sui-qəsdin hədəfi olub. Həmin cəhdin də qarşısı alınıb.

Hadisənin səsbəbi açıqlanmır.

Chosen
23
17
teleqraf.com

10Sources