Xalq artisti Flora Kərimova bu gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Kərimova mərhumun arxiv videosunu paylaşaraq kədərini bölüşüb:
“Qiraət sənətimizin sonuncu mogikanı Əminə xanım. Yaradan bu millətə bəxş etdiyiniz gözəlliklər qədər axirətinizi gözəl versin! Yaratdığınız obrazlardan savayı, səsiniz-nitqiniz özlüyündə bir obraz, bir varlıq kimi millətin səs yaddaşının ən gözəl hücrəsindədir.
Dilimə gətirmək nə qədər ağrılı olsa da, sizə rəhmət diləyib, qəhərli qəlbimdə əbədi ruhunuza sevdiyiniz şərqilərdən lay-lay hörüb Allaha ismarlayıram. Ruhunuz şad olsun, Əminə xanım”.
Sara, Bizim.Media