EN

338 saylı məktəbdə əsas fənlər keçilmir? – VİDEO

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, rus dili fənləri keçilmir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtn Sabunçu Ramana qəsəbəsində yerləşən 338 saylı tam orta məktəbdə oxuyan şagirdlər iddia edirlər ki, təhsil ocağında müəllim çatışmazlığı mövcuddur.

Onların sözlərinə görə, məktəbdə bir yox, bir neçə fənn üzrə müəllimə ehtiyac var.

Təhsil ocağındakı müəllim çatışmazlığı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumatlıdır.

İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, paytaxtdakı 338 nömrəli tam orta ümumtəhsil məktəbi bu dərs ili üçün 7 fənn üzrə vakansiya təqdim edib. Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə 5 vakant yer müəllimlə təmin edilib. Digər iki fənn üzrə tutulmayan vakansiyaların da müəllimlə təmin edilməsi üçün müvafiq tədbirlər görülməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
4
1
nocomment.az

2Sources