EN

İsrailin saxladığı üç deputat ölkələrinə qayıdıb

İsrail tərəfindən Azərbaycana təxliyə edilən üç türkiyəli deputat artıq ölkələrinə qayıdıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Qəzzaya yardım aparan gəmilərdən birində olan digər 18 Türkiyə vətəndaşı isə oktyabrın 10-da günorta saatlarında Türk Hava Yolları tərəfindən təşkil olunacaq xüsusi reyslə ölkəyə gətiriləcək.

XİN rəsmisi əlavə edib ki, həmin reyslə üçüncü ölkə vətəndaşı olan təxminən 80 fəalın da təxliyə edilməsi nəzərdə tutulur.

Chosen
37
1
konkret.az

10Sources