EN

92 yaşında yenidən namizəd oldu: 43 ildir ölkəni idarə edir

ain.az, News24 saytına istinadən bildirir.

Mərkəzi Afrika dövləti olan Kamerunda prezident seçkilərinə sayılı günlər qalır. 12 oktyabrda xalq seçki məntəqələrinə gedərək dövlət başçısını müəyyən edəcək. Bütün diqqətlər isə dünyanın ən yaşlı liderlərindən biri olan Paul Biyanın üzərində cəmlənib.

News24.az xəbər verir ki, Paul Biya 6 noyabr 1982-ci ildən bəri tam 43 ildir Kamerunun prezidentidir. Hazırda 92 yaşı olan Biya bir müddət daha hakimiyyətdə qalmaq üçün yenidən namizədliyini irəli sürüb və seçki kampaniyasına başlayıb.

Biya ictimaiyyət qarşısında tez-tez görünməyi sevməyən, adətən qapalı qapılar arxasında siyasət aparan bir lider kimi tanınır. Buna baxmayaraq, o bu dəfə xalqın qarşısına çıxaraq mitinqdə çıxış edib.

“Əziz vətəndaşlarım, məqsədim hər bir gəncin harada olmasından asılı olmayaraq asanlıqla iş tapmasını və ya öz işini qurmasını mümkün edən imkanlara sahib olmasıdır. Qadınların təhsili və gücləndirilməsi sahəsində səylərimizi artırmalıyıq. Biz bütün məsuliyyət pillələrində daha çox qadına ehtiyac duyuruq. Sizə ürəyimdən gələn sözləri demək, sizi nə qədər çox qiymətləndirdiyimi bildirmək üçün buradayam. Qarşılaşdığınız problemlərin, sabahla bağlı sizi narahat edən gözləntilərin fərqindəyəm", - deyə o bildirib.

Paul Biyanın bu çıxışı həm tərəfdarlarının, həm də beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Onun bu yaşda yenidən prezident olmaq istəyi isə böyük müzakirələrə səbəb olub.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
news24.az

2Sources