İsrail hökuməti Qəzza sektorunda saxlanılan bütün girovların azad olunması planını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Yəhudi dövlətinin baş nazirinin ofisinə istinadla məlumat yayıb.
Bildirilib ki, bu addım anklavda münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsi olmalıdır.
Məlumatda qeyd olunub ki, hökumət bütün girovların, hətta sağ qalmayanların da azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.
Əvvəlki gün HƏMAS-ın Qəzza sektorundakı lideri Xəlil əl-Həyyə bəyan edib ki, İsrail hakimiyyəti atəşkəs razılaşması çərçivəsində bütün fələstinli qadın və uşaqları azad edəcək.