EN

Təklif gəldi: Rusiyaya savaş elan edin, 10 gün dözün... - Kaladze

2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı, 10 gün dözməyi, sonra partizan müharibəsinə keçməyi təklif etmişdi.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

"Qərb ölkəsinin səfiri ölkənin baş naziri ilə görüşüb deyir ki, sən müharibəni başla, səni hərbi texnika ilə təmin edəcəklər. Əsas odur ki, 10 gün dözüb, partizan müharibəsinə keçin", - Kaladze bildirib.

Kaladze həmin ölkənin adını qeyd etməyib.
Chosen
8
1
sherg.az

2Sources