EN

Lənkəranda qəza - 5 nəfər xəsarət aldı

Lənkəran rayonunda baş verən qəzada xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndi ərazisində baş verib. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "VAZ 2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfər isə tələbədir. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
11
7
unikal.az

9Sources