AZ

Lənkəranda qəza: Xəsarət alan beş nəfərdən ikisi məktəbli, ikisi isə tələbədir

BAKI, 10 oktyabr. TELEQRAF

Lənkəranda baş verən qəzada 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə5 nəfər xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisində baş verib.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl eyni yolda baş verən qəza zamanı iki piyada — bacı və qardaş ölmüşdü.

Seçilən
13
2
teleqraf.com

9Mənbələr