EN

ATU-da Rəqəmsal Kitabxana istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsallaşma işləri çərçivəsində rəqəmsal kitabxana istifadəyə verilib.  Universitetin Kodera adlı LMS platformasında yerləşən rəqəmsal kitabxanada dünya alimləri və yazarlarının 20 mindən çox elmi və bədii əsəri təqdim olunur.

TƏHSİL.BİZ xəbər verir ki, rəqəmsal kitabxana ATU-nun fiziki (ənənəvi) kitabxanası ilə inteqrasiya olunub. Bununla da oxucular universitet kitabxanasının rəflərindəki nəşrlərə onlayn rejimdə də baxa biləcəklər.

Rəqəmsal kitabxanada təqdim olunan elektron kitabların mütaliəsi üçün müxtəlif funksionallıq təmin olunub. Mətnin üzərində qeydlər etmək, mətnin ölçüsünü böyütmək, kitabı səsli şəkildə dinləmək, eləcə də fərqli şrift və mövzularla oxunuşu daha rahat hala gətirmək mümkündür.

Kitabların metadata dəstəyi də zəngindir - hər əsərin cildi, müəllifi, nəşr tarixi və açıq mənbələrdəki qiymətləndirmələri oxuculara təqdim olunur. Axtarış və təsnifatı asanlaşdırmaq üçün sistemdə 50-dən çox kataloq və 10-dan artıq dil dəstəyi mövcuddur.Professor-müəllim heyəti və tələbələr rəqəmsal kitabxanaya “Kodera” kabinetləri vasitəsi ilə giriş edə bilərlər.

Chosen
22
3
tehsil.biz

4Sources