EN

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Bakı. Trend:

Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası iləTürkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgəmədəni-mənəvi dəyərlər birləşdirir.

Trendxəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son illər iki ölkə arasında münasibətlər sürətləinkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıqdərinləşir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığıilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan MədəniyyətiGünləri keçiriləcək.

Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənətustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfəredəcək.

Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsindəTürkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzeyeksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistanədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.

Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha dayaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfəolacaq.

Məqalədə:
Chosen
16
7
az.trend.az

10Sources