EN

Şöbə müdiri: Əminə Yusifqızı hamımızın xatirində Azərbaycan poeziyasını ən gözəl şəkildə təqdim edən insan kimi qalacaq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bu gün Azərbaycan mədəniyyətinə, poeziyasına, qiraət sənətinə böyük itki üz verib".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Əminə Yusifqızının dəfn mərasimində jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

O bildirib ki, Əminə xanımın xatirəsi hər kəsin qəlbində yaşayacaq:

"Əminə xanım hamımızın xatirində Azərbaycan poeziyasını, ədəbiyyatını, mədəniyyətini ən gözəl şəkildə təqdim edən insan kimi qalacaq. Onun çox sayda tələbəsi, davamçısı var. Ümid edirəm ki, onun qiraətləri, çatdırdığı ideyalar həmişə xalqımızın yaddaşında yaşayacaq. Allah rəhmət eləsin".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
oxu.az

1Sources