EN

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi elan edilir

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” üzrə qrant müsabiqəsi elan edir. Nazirlikdən SİA-ya bildirilib ki, qrant müsabiqəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihə təklifləri oktyabrın 27-dək [email protected]elektron poçtu vasitəsilə qəbul ediləcək.

Chosen
27
12
sia.az

10Sources