EN

Nazirlik 450 min manat ayırdı Bu şərtlərlə əldə etmək olar

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” adlı qrant müsabiqəsi elan edib.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin büdcəsi 450 min manatdır.

Qrant müsabiqəsinin prioritet mövzu və istiqamətləri təhsil liderliyinin gücləndirilməsinə, uşaqların erkən yaş dövründə inkişafının dəstəklənməsinə və şagirdlərdə oxu savadlılığının artırılmasına, təhsilalanların təhlükəsizliyinin təmin edilməsinə və onların psixososial inkişafına, məktəbdənkənar fəaliyyətin təşviqinə, peşə təhsilində biznes-təhsil əməkdaşlığının genişləndirilməsinə, Azərbaycan elm və ali təhsilinin beynəlxalq imicinin artırılmasına, “Böyük Qayıdış” Proqramı çərçivəsində gənclərin sosial-iqtisadi inkişafına və elm və təhsil sahəsində media savadlılığının yüksəldilməsinə yönəlib. pizza sifarişi

Müsabiqəyə təqdim olunan layihənin ümumi büdcəsi 50 000 manatdan artıq olmamalı, məzmunu isə Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır. Hər iştirakçı yalnız bir layihə təqdim edə bilər.

Müsabiqə üç mərhələdən ibarətdir: müraciət, qiymətləndirmə və qrantların ayrılması. Layihələr 100 ballıq sistemlə qiymətləndirilir və keçid balı 50 olaraq müəyyənləşdirilib. Qiymətləndirmə zamanı layihənin uyğunluğu, problemin qoyuluşu, məqsəd və nəticələrin aydınlığı, faydalılığı, fəaliyyət planı, icra potensialı, maliyyə səmərəliliyi, monitorinq və hesabatlılıq, eləcə də davamlılıq kimi meyarlar əsas götürülür.

Aytac Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
yenisabah.az

2Sources