EN

"İrəvanda və ya Bakıda görüş planlaşdırılır" - Erməni səfir

Rusiya 2025-ci ilin sonuna kimi “3+3” regional məsləhət platformasının dördüncü nazirlər görüşünün keçirilməsini dəstəkləyir.Hazırda onun işlənib hazırlanması istiqamətində işlər aparılır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

"Biz hazırda Ermənistan və Azərbaycan arasında əlaqə saxlayırıq, çünki prioritet məsələ var. Həm Ermənistan, həm də Azərbaycan tərəfləri belə bir görüşə ev sahibliyi etməyə hazırdırlar. Onlar prioritet sırasını razılaşdırmalıdırlar və biz də təbii ki, hər cür köməklik edirik", - diplomat bildirib.

Səfirin sözlərinə görə, Türkiyə və İran tərəfləri ilə əlaqə saxlayan bu platformanın bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı və tələbatlı formatdır və region dövlətlərinin özləri regionun problemlərinin həllində əsas rol oynamalıdırlar.

Gülayə Mecid 

Chosen
51
1
unikal.az

10Sources