Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı “Əmək və Məşğulluq” altsisteminin imkanları barədə çıxış edərək altsistemin funksionallığı və bu istiqamətdə tətbiq edilən yenilikləri iştirakçıların diqqətinə çatdırıb.Daha sonra müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul edilmiş yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.Görüşdə 50 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 54 nümayəndə iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.