Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Göyçayda soyğunçuluq olub. Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıb. Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.